Yeni TƏHLÜKƏ: sürətlə yayılır

Yeni TƏHLÜKƏ: sürətlə yayılır

2019-cu ilin dekabrında Çində ortaya çıxan və o vaxtdan bəri dünyada 4,9 milyon insanın ölümünə səbəb olan koronavirusun yeni variantları çaxnaşmaya səbəb olmağa davam edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yoluxma sayının sürətlə artmasına səbəb olan “delta” variantından sonra digər versiya ortaya çıxıb. İlk dəfə Böyük Britaniyada görünən “AY.4.2” adlı variant qısa müddətdə Avropanın bir neçə ölkəsində yayılıb.

Peyvənd kampaniyasını uğurla həyata keçirən İsraildə dünən moldovalı bir uşaqda “AY.4.2” variantının tapıldığı bildirilib.

Bu açıqlamalardan sonra Amerikadan pis xəbər gəlib. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri “AY.4.2”nin ölkənin fərqli nöqtələrində ortaya çıxdığını açıqlayıb. Səlahiyyətlilər yoluxanların 10 nəfərdən az olduğunu deyib.

Aytən Məftun

Mənbə: publika.az