"İlon Mask trilyonçu ola bilər" - HESABAT

"İlon Mask trilyonçu ola bilər" - HESABAT

İnvestisiya bankının hesablamalarına görə, 241 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı olan İlon Mask ilk trilyonçu ola bilər.

Unikal.org xəbər verir ki, "Morgan Stanley" analitiklərinin fikrincə, sərvətinin böyük hissəsini elektrikli avtomobil şirkəti "Tesla"dan əldə edən İlon Mask "SpaceX" şirkəti ilə bu məbləğdən qat-qat çox qazanır.

Analitik Adam Consun sözlərinə görə ,"2002-ci ildə əsası qoyulan,insanları Aya və Marsa apara bilən "SpaceX"in "Starship" raketləri kosmik sənayedə investorların gözləntilərini dəyişdirmək potensialına malikdir",- deyə ifadə edib.

Mənbə: www.unikal.org