Rusiya kəşfiyyat PUA-larını səslə aşkar edə bilən sistemi sınaqdan keçirib

Rusiya kəşfiyyat PUA-larını səslə aşkar edə bilən sistemi sınaqdan keçirib

Bir çox müharibə bölgəsində Türkiyə istehsalı zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) tərəfindən Rusiya istehsalı silah sistemlərinin məhv edilməsindən sonra rəsmi Moskva sürətlə müxtəlif növ antidron sistemlərinin inkişafına başlayıb. Bu müddət ərzində Rusiyada onlarla sistemin sınaqları keçirilib. Ordu.az xəbər verir ki, Rusiyada sonuncu dəfə kəşfiyyat PUA-larını səslə aşkar etməyə qadir olan “Ataka-Şorox” sistemini sınaqdan keçirilib.

Sistem PUA-ları uzaqdan aşkar edən yüksək həssas mikrofonlara malikdir. Bu yaxınlarda sistemin zavod sınaqları uğurla başa çatıb və Moskvada keçirilən sərgilərin birində təqdim edilib.

Sistemin sınaqları bir neçə rejimdə keçirilib. Sınaq zamanı istehsalçının elan etdiyi texniki xüsusiyyətlər və parametrlər təsdiq edilib.

PUA-ların aşkarlanması üçün nəzərdə tutulan akustik kəşfiyyat sistemi “Rostex” Dövlət Korporasiyasının bir hissəsi olan “Ruselectronics” dövlət konserni tərəfindən hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az