Britaniya yoxlama agentliyi “Facebook” şirkətini cərimələyib

Britaniya yoxlama agentliyi “Facebook” şirkətini cərimələyib

Britaniya yoxlama agentliyi feysbuk şirkətini 50,5 milyon funt sterlinq cərimələyib.

AZƏRTAC xəbər verir ki, Britaniya nəzarət agentliyi, davam edən araşdırma ilə bağlı qaydalara əməl etmədiyi üçün feysbuk sosial şəbəkəsini 50,5 milyon funt sterlinq cərimələyib.

Agentlik tərəfindən edilən açıqlamada bildirilib ki, Rəqabət və Bazarlar İdarəsinin satınalma araşdırması davam edərkən feysbukun əməliyyatlarını “Giphy” ilə birləşdirmədiyi və bu müddət ərzində agentliyə məlumat vermədiyi üçün cərimələnib. Həmçinin feysbukun çoxsaylı xəbərdarlıqlara baxmayaraq lazımi bildirişləri verməkdən imtina etdiyi də qeyd olunub.

“Giphy” - animasiya və videoməzmun istehsalçısıdır. 2020-ci ilin may ayında feysbuk tərəfindən 400 milyon dollara satın alınıb.

Aynurə Tağıyeva

Mənbə: azertag.az