Daha bir ölkə Türkiyə "Bayraktar"ını alır

Daha bir ölkə Türkiyə "Bayraktar"ını alır

Vətən müharibəsinin gedişatında əhəmiyyətli rol oynayan Türkiyənin "Baykar” şirkətinin istehsal etdiyi "Bayraktar-TB2" silahlı pilotsuz uçuş aparatlarını (SİHA) daha bir ölkə alır.

Press.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, "Baykar” şirkəti "Bayraktar-TB2" SİHA-larını adı açıqlanmayan ölkəyə tədarük edilməsi ilə bağlı müqaviləni imzalayıb.

Bununla da "Bayraktar-TB2" SİHA-larının ixrac edildiyi ölkə sayı 13-ə çatıb.

Mənbə: press.az