Rusiya kosmosa daşıyıcı raket göndərdi - FOTO

Rusiyanın "Proqres MS-18" yük gəmisi "Soyuz-2.1a" daşıyıcı raketi ilə birlikdə Baykonur kosmodromundan havaya buraxılıb.

Unikal.org xəbər verir ki, "Roskosmos"dan verilən rəsmi açıqlamaya görə, saytında yayımlanan yayıma görə, kosmik gəmi təxminən 9 dəqiqə ərzində daşıyıcı raketdən ayrılıb. O, oktyabrın 30-da Moskva vaxtı ilə saat 04:34-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) yaxınlaşacaq.

Qeyd edək ki, gəmi BKS-ə 470 kiloqram yanacaq, 420 litr içməli su, oksigen, 1509 kiloqram avadanlıq və materiallar, tibbi nəzarət və sanitariya alətləri, eləcə də geyim əşyaları, yeməklər və təzə məhsullar çatdıracaq.

Ağarza ELçinOğlu

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda dövlət rüsumları inflyasiya səviyyəsinə uyğunlaşdırılır

SONRAKI XƏBƏR

Ermənistan avtobus almaq üçün Avropadan DİLƏNDİ