“Bayraktar” yenə separatçıların başının üstünü aldı

“Bayraktar” yenə separatçıların başının üstünü aldı

Ukrayna ordusunun “Bayraktar TB2” pilotsuz zərbə təyyarəsi yenidən Donbass separatçılarının mövqeləri üzərində görünüb. Flightradar24 online-trekerinin məlumatlarına istinad edən telegram-kanallar bildirir ki, səhər saatlarından etibarən PUA Donbass üzərində “asılıb”.

Xatırladaq ki, oktyabrın 26-da Ukrayna ordusu ilk dəfə separatçılara qarşı “Bayrakar TB2”ni tətbiq edib. PUA-dan atılan MAM-C lazer başlıqlı döyüş sursatı D-30 qaubitsasını vurub. Bu fakt separatçılar arasında ciddi təşviş yaradıb. “RİA Novosti” bildirir ki, PUA separatçıların nəzarətində olan ərazilərin 15 kilometr içərilərinə daxil olub və 5 kilometr hündürlükdən zərbə endirib. Separatçılar bildirirlər ki, onların sərəncamında “Bayraktar”ları vurmaq üçün heç bir vasitə yoxdur. (virtualaz.org)

 

Mənbə: pia.az