"Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"

"Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"

Bütün dünyada sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır.

Bəziləri bu platformalarda təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlı olsa da, çox sayda istifadəçi bu məlumatlardan xəbərsizdir. Bəs görəsən, profillərimiz və hesablarımız nə dərəcədə təhlükəsizdir?

İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-nun asullarını cavablandırazn zaman bildirib ki, şəbəkə çox mürəkkəb bir sistem olduğundan hansı təhlükələrlə üzləşə biləcəyimizi tam dəqiqlik ilə heç bir İT mütəxəssis deyə bilməz, yalnız sosial şəbəkə qurucularının bu barədə tam dolğun məlumatları olur.

 

Səkinə İlqarqızı

“Şəxsi kompüterlərimiz və telefonlarımız ilə daxil olduğumuz hər bir sosial platforma ilk öncə şəbəkəyə bizim avadanlıqlarımızın məlumatlarını ötürür . Bu prosesin özü belə təhlükəli hesab olunur. Qarşı tərəfin bu məlumatları necə və harda istifadə edə biləcəyi məlum deyil. Sosial platforma yaradıcıları bir növ öz serverlərində istifadəçilərin “Database” məlumatlarını saxlayır.

Qeyd etmək istərdim ki, hətta bir çox sosial platformalardan qeydiyyatdan keçdikdə və şəbəkəyə daxil olduqda bizim mobil cihazlarda kamera, kontaktlar və ümumi yaddaşa giriş üçün təsdiq tələb olunur. Bir çox sadə vətəndaşlar hətta vəzifəli şəxslər belə bilmədən bu prosessi təsdiqləyirlər və şəxsi məlumatlarını necə deyərlər, öz əlləri ilə sosial platforma serverinə ötürmüş olurlar. Sosial şəbəkələrdə necə məlumatlarınızı qoruya bilərsinizz mövzusunda uzun-uzadı danışmaq olar”.

Səkinə İlqarqızının bildirib ki, ən əsası və təhlükəli olan proses şəbəkələrdə yayılan viruslar və “FİSHİNG” xarakterli olan linklərdir: “Bu linklərə daxil olduqda şəxsi komputerləriniz və smartfonlarınız ilə ömürlük vidalaşa bilərsiz. Viruslar bir başa plataya təsir edərək cihazların yanmasına səbəb olur . Sosial şəbəkə həvəskarlarına və daimi istifadəçilərinə tək tövsiyyəm ola bilər ki? lazım olmadığı təqdirdə heç bir linklərə daxil olmasınlar, mənbəyi bəlli olmayan oyunlar və lisenziyasız programlar yükləməsinlər. İstifadə etdikləri sosial şəbəkə profillərini isə ikili identifikasiya şifrəsi ilə qoruya bilərlər”.

Leyla Mirzə

Mənbə: www.bizimyol.info