Türkiyə daha iki PUA-nı sınaqdan keçirəcək - Bayraqdar

Türkiyə daha iki PUA-nı sınaqdan keçirəcək - Bayraqdar

Türkiyənin “Baykar” şirkəti yaxın vaxtlarda iki yeni pilotsuz uçuş aparatını sınaqdan keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə baş direktor Haluk Bayraqdar bildirib.

Onun sözlərinə görə, yeni PUA yaxın iki il ərzində sınaqdan keçiriləcək:

“Növbəti hədəflərimizdən biri də “TB3” və “MUIS” adlı pilotsuz döyüş təyyarələridir. Hazırda dizayn mərhələsində olan “MUIS” 1,5 tona qədər yükgötürmə qabiliyyətinə malik reaktiv mühərrikə malik olacaq. Avtonom manevr edən təyyarə pilotlu təyyarə ilə tandemdə işləyə biləcək və hava-hava raketlərini daşıya biləcək. Şirkət hazırda 13 ölkə ilə ixrac müqaviləsi, o cümlədən Ukrayna ilə pilotsuz təyyarələrin birgə istehsalına dair müqavilə imzalayıb”.

 

Mənbə: axar.az