Azərbaycan ingilis dili səviyyəsinə görə 86-cı yeri tutur

Müxtəlif ölkələrin yaşlı əhalisi arasında ingilis dili səviyyəsini qiymətləndirən “EF English Proficiency Index” reytinqində Azərbaycan 86-cı yeri tutub.

“Report” xəbər verir ki, hər il “EF Education First” beynəlxalq şirkətinin keçirdiyi araşdırma 100-dən çox ölkədə yaşayan 1 milyondan çox əhalini əhatə edir.

Reytinqə Niderland, Avstriya və Danimarka başçılıq edir. Çox yüksək ingilis dili səviyyəsinə malik ölkələr sırasına Sinqapur, Norveç, Belçika, Portuqaliya, İsveç, Finlandiya, Xorvatiya, Almaniya, Cənubi Afrika Respublikası və Lüksemburq da daxildir.

Reytinqin ən aşağı pillələrində isə Cənubi Sudan və Yəmən qərarlaşıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada şaxtadakı yanğında 11 nəfər ölüb

SONRAKI XƏBƏR

Müşviqin İspaniya gəzintisi - FOTOlar