Alimlər Antraktidanın buzlaşma səbəbini tapdılar

Alimlər Antraktidanın buzlaşma səbəbini tapdılar

Alimlər 34 milyon il öncə Antraktidanın nə səbəbə donmasını müəyyənləşdiriblər.

Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Tasmaniya, Böyük Britaniya və Norveçdən olan beynəlxalq tədqiqatçı qrupun iddiasına görə, səbəb Yerdə karbon qazının konsentrasiyasının azalması olub.

Amma “Cənub okeanı”nda (Sakit, Atlantik və Hind okeanlarının Antaktidanı əhatə edən aşağı suları) dəniz suyunun sirkulyasiyasına təsir edən tektonik dəyişikliklər də səbəbdir.

Hesab olunur ki, 34 milyon il öncə atmosferdə karbonun azalması ilə isti iqlim soyuqla əvəzlənib. Bununla da planetin üstünün orta temperaturu aşağı düşüb. Dəniz dibindəki batmalara görə Antraktida ilə Cənubi Amerikanı ayıran Dreyk boğazı yaranıb. Bu isə Antraktida qütb axını yaradıb və materik isti sulardan təcrid olunub.

Nəticədə materik buz parçasına çevrilib.
 

Mənbə: bizim.media