“Apple” istifadəçilərini haker hücumları barədə xəbərdar edəcək

“Apple” istifadəçilərini haker hücumları barədə xəbərdar edəcək

“Apple” şirkəti istifadəçilərini hökumətlər tərəfindən maliyyələşdirilən haker hücumları barədə xəbərdar etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Məlumata görə, istifadəçilərin az hissəsi kimliyi və məşğuliyyəti üzündən hakerlər tərəfindən kiberhücumlara məruz qalır.

Hakerlərə “ipucu” verməmək üçün istifadəçilərin izlənməsinə dair məhz hansı əlamətlərin əsas götürüləcəyi açıqlanmayıb.

Bundan əvvəl “Apple” Tailand müxalifətçilərinin bir neçəsinə, El Salvadorda tənqidçi jurnalistlərə, Uqandanın bəzi siyasətçilərinə bu cür xəbərdarlıqlar göndərib.

Noyabrın 23-də “Apple” İsrailin “NSO Group” şirkətini istifadəçilərini izlədikləri üçün məhkəməyə verib.

Mənbə: report.az