Apple eynəkləri 2022-ci ilin sonunda olacaq

Apple eynəkləri 2022-ci ilin sonunda olacaq

Paralel.az xəbər verir ki, Apple eksperti Min-Chi Kuo Apple-AR eynəklərinin 2022-ci ilin sonunda olacağını deyib.
Qadcet iki prosessorla - biri hesablama və qrafika üçün Apple Silicon M1 səviyyəli, ikincisi isə smart eynəklərdə çoxsaylı sensorlardan verilənlərin real vaxt rejimində emalı üçün təchiz ediləcək.
Kuonun sözlərinə görə, yeni məhsulun işləməsi üçün iPhone və ya Mac bağlantısı tələb olunmayacaq. AR rejimi ilə yanaşı, cihaz virtual reallıq eynəkləri kimi də işləyə biləcək. Ekspertə görə, Apple-ın məqsədi 10 il ərzində fərdi elektronika bazarında iPhone smartfonlarını belə AR-eynəklərlə əvəz etməkdir.
Nigar

Mənbə: paralel.az