Aİ-nin paytaxtında Uber qadağan edildi

Aİ-nin paytaxtında Uber qadağan edildi

Bakı. Trend:

Brüsselin apellyasiya məhkəməsi Uber taksi xidmətinin şəhərdə fəaliyyətini qadağan edib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Məlumata əsasən, fərdi şəxslərin taksi xidməti göstərməsinə qoyulan qadağa indi peşəkar sürücülərə də şamil edilir.

Şirkət məhkəmənin bu qərarından üzgün olduğunu bildirib. Şirkətdən verilən məlumata görə, məhkəmənin bu qərarı təxminən 2 min sürücünün işsiz qalmasına səbəb olacaq.

Mənbə: az.trend.az