Hətta ən yüngül kovid belə uzun müddətli fəsadlar verə bilər

Hətta ən yüngül kovid belə uzun müddətli fəsadlar verə bilər

Hər 3 xəstədən birində qalıq simptomlar və fəsadlar yoluxmadan aylar sonra belər qalır və pasiyentlər aylarla özlərini narahat hiss edir

Milli.Az xəbər verir ki, ABŞ Vaşinqton universitetinin alimləri yeni elmi tədqiqatlarında sağalandan sonra da narahatlıq keçirən insanları araşdırıblar.
Onlar 177 nəfər kovid keçirmiş insanı müşahidə ediblər.

Diaqnoz qoyulandan sonrakı 3-4 ay ərzində bu insanlar müntəzəm sorğulanıb və müəyyən analizlərdən keçiblər.

Onlardan 150-si xəstəliyi yüngül keçirib, 16-sı isə ağırlaşaraq xəstəxanata aparılıb

Nəticələr göstərib ki, bu insanların hər 3 nəfərindən birində hətta kovidi yüngül keçirsələr də, xəstəliyin ən azı 1-2 simptomunu hətta 9 ay sonra da saxlanılıb.

Bu simptomlara gücsüzlük, tənəffüsdə çətinlik, təngnəfəslik, başda dumanlanma, əzələ ağrısı, dadbilmə zəifliliyi və s. daxildir.

Hələ ki, alimlər uzun kovidin bioloji səbəbini dəqiq tapa bilməyiblər.

Görünən odur ki, virus sağalandan sonra da xəstədən uzujn müddət əl çəkmir. /medicina.az

Mənbə: news.milli.az