Maskın "Neuralink" cihazını təqdim edib

Maskın "Neuralink" cihazını təqdim edib

Amerikalı milyarder İlon Mask “Neuralink” cihazını təqdim edib. O bildirib ki, əsas məqsədi investisiya əldə etmək və ya vəsait toplamaq yox, birlikdə işləmək üçün elm adamları tapmaqdır. AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Neuralink" komandasında çalışan alimlərdən bəziləri ordan ayrılıblar. Ümumiyyətlə, PR qurmaqda və gündəm yaratmaqda müvəffəqiyyətli olan Muskın "Mənə investisiya lazım deyil" mesajını verməklə insan resursuna ciddi ehtiyacı olduğunu söyləmək mümkündür.

“Biz pul toplamağa və ya başqa bir şey etməyə çalışmırıq, əsas məqsəd böyük insanların "Neuralink"də çalışmağa cəlb etmək və məhsulu həyata keçirməmizə kömək etməkdir. Beləliklə, "Neuralink"sərfəli və etibarlı məhsula çevirmək istəyirik ki, hər kəs ona sahib ola bilsin.

Onun sözlərinə görə, "Neuralink" nevroloji problemləri olan insanlar məhsuldan faydalana biləcəklər. Qeyd olunan nevroloji xəstəliklərə yaddaş itkisi, beyin zədələnməsi və depressiya və s. daxildir.

"Neuralink"in detalları

Mask ilk olaraq keçən il təqdim edilən məhsul dizaynının dəyişdiyini açıqlayıb. Məhsul, kəllə sümüyünə yerləşdirildikdən sonra tamamilə saçın altında gizlənə biləcək qədər kiçikdir. Mask məhsulun dizaynını izah etdikdən sonra izləyicilərə təcrübələrdə istifadə edilən 3 donuzdan danışıb. Onun sözlərinə görə, donuzlardan birincisi (Coys) nevroloji pozğunluğu var, lakin "Neuralink"dən istifadə etməyib.

Tədbirdə "Neuralink" cihazından istifadə edən ikinci donuz Gethrudenin neyron fəaliyyəti ekranda əks olunub. Gethrude yemək axtararkən və yemək üçün hərəkət edərkən burnunu ovuşdurarkən izləyicilər donuzun neyron fəaliyyətini izləyə biliblər. Gethrude 2 aydır "Neuralink"dən istifadə edir.

Doroti adlı üçüncü donuzun "Neuralink"dən istifadə etdiyini, lakin sonradan implantın çıxarıldığını söylədi. Bu nöqtədə Mask təklif edir ki, istəyənlər "Neuralink" silə və ya cihazları daha müasir versiya ilə əvəz edə bilərlər.

Mask eyni zamanda birdən çox Neuralink istifadə edən donuzların da sağlam həyat sürdüyünü söylədi. Araşdırmalarda donuzların beyin fəaliyyətləri oxunur və bu fəaliyyətlərdə beynin oynaqlarla əlaqəsi təxmin edilməyə çalışılır. Neyronların fəaliyyətini oxuyaraq, tədqiqatçılar oynaqlardakı hərəkətləri proqnozlaşdırmağa çalışırlar. Təxmini fəaliyyətlər və edilən ölçmələr arasındakı uyğunluq tədqiqat üçün vacib bir nəticə idi. Simsiz implant donuzun bədəninin bütün üzvlərinin hərəkətlərini yüksək dəqiqliklə proqnozlaşdıra bilir.

Cihaz mobil telefona qoşulacaq

Mask deyib ki, təxminən 1024 kanalı olan cihaz hər bir kanalda oxumaq/yazmaq qabiliyyətinə malikdir, doldurulmuş cihazın batareyası bir gün tam olaraq işləyir. Cihazın kifayət qədər geniş diapazonu var. Beləliklə, diapazonu telefonunuza qədər genişləndirə bilərsiniz: "Bu, vacib bir məqamdır, çünki bu şəkildə cihaz telefonunuza qoşulacaq. Beləliklə, proqram telefonunuzda olacaq və Link Bluetooth vasitəsilə başınızdakı cihazla əlaqə quracaq".

FDA-nın Breakthrough Devices Proqramından müsbət nəticə əldə etdiklərini deyən Mask, lazımi təsdiqləri aldıqdan və təhlükəsizlik testlərini etdikdən sonra tezliklə insanlara implant yerləşdirə biləcəklərini açıqlayıb. Onun sözlərinə görə, hələlik donuzlarda gördüyümüz cihazların yalnız oxuma qabiliyyəti var. "Neuralink"in oxumaqla yanaşı yazmaq qabiliyyətinə sahib olması planlaşdırılır. Belə ki, cihaz insanların yaşadıqları sağlamlıq problemlərini həll edə biləcək.

"Neuralink"in min dollara satışa çıxarılması nəzərdə tutulur. İnsanlar üzərində ilk sınaqlara gəlincə, bunu onurğa beyninin iflici və ya qol, ayaq, bədən iflici olan az sayda insan üzərində həyata keçiriləcək.

Pərvanə Sultanova



 

Mənbə: azvision.az