Latviyada insansız quru platformaları nümayiş olunub

Latviyada insansız quru platformaları nümayiş olunub

Avropa standartlarında insansız quru platformaları inkişaf etdirən “32,6 MEUR” layihəsinə cavabdeh olan “iMUGS” konsorsiumu müdafiə qüvvələrinin taktiki 4G/5G rabitə şəbəkələrindən və nəzarət, kəşfiyyat, müşahidə sistemləri, siqnal kəşfiyyatı, radiomaneə qurğuları, akustik sistemlər, sensorlar və missiyaları yerinə yetirmək üçün müxtəlif digər texnologiyalarla təchiz olunmuş insansız quru platformalarından necə istifadə edə biləcəyini nümayiş etdirib. Ordu.az xəbər verir ki, bu barədə “Armyrecognition” nəşri yazıb.

Sentyabr ayında Latviyada keçirilən sınaqlar layihənin koordinatoru olan “Milrem Robotics”in dəstəyi ilə “iMUGS” konsorsiumunun üzvü olan LMT tərəfindən idarə olundu və müxtəlif texnologiyalardan ibarət sistemlər nümayiş edildi.

Latviya Milli Silahlı Qüvvələri insansız sistemlərlə idarə olunan bölmələrin birləşdirilməsinin faydalarını nümayiş etdirmək üçün iki ssenari zamanı “Milrem Robotics” şirkətinin iki “THeMIS” insansız quru platformalarından itifadə edib.

“THeMIS”lərdən biri kəşfiyyat, müşahidə və nəzarət faydalı yükü, Latviyanın elektron rabitə idarəsi tərəfindən təmin edilən siqnal kəşfiyyat antenası (SIGINT), duman qumbaraatanı, “FN Herstal”ın “Defender” yüngül uzaqdan idarə olunan silah stansiyası ilə təchiz edilib.

Qrupun avadanlığının daşınması üçün istifadə edilən ikinci “THeMIS”ə əldəqayırma partlayıcı qurğuların işləməsinə mane olan cihazlar quraşdırılıb.

Bundan əlavə, “Dingo” piyada vasitəsi platformaların idarə edildiyi komanda mərkəzi kimi istifadə edilib.

“Ssenarilər göstərdi ki, innovativ kommunikasiya sistemləri və müxtəlif müdafiə texnologiyaları ilə təkmilləşdirilmiş insansız sistemlər taktiki məlumatların toplanması və paylaşılması, situasiya haqqında məlumatlılığın yaxşılaşdırılması, qoşunların fiziki yükünün azaldılması və qüvvələrin mühafizəsinin artırılması üçün istifadə oluna bilər”, - deyə “Milrem Robotics” şirkəti bildirib.

“iMUGS” layihəsi 2020-ci ildə hibrid insanlı-insansız sistemlər üçün modul, kibertəhlükəsiz və miqyaslana bilən arxitekturanın yaradılması məqsədilə istifadəyə verilib. Onun məqsədi yerüstü platformalar, komanda, idarəetmə və rabitə avadanlığı, sensorlar, faydalı yüklər və alqoritmlər üçün Avropa miqyasında ekosistemi standartlaşdırmaqdır. Ünvanlı əməliyyat problemlərinə təkmilləşdirilmiş qarşılıqlı fəaliyyət, artan situasiya məlumatlılığı və daha sürətli qərarların qəbulu daxildir.

“iMUGS” 13 tərəf arasında əməkdaşlıqla inkişaf etdirilir: “Milrem Robotics” (layihə koordinatoru), “Bittium”, “Diehl Defence”, “dotOcean”, “GMV Aerospace and Defence”, “Insta Advance”, “Krauss-Maffei Wegmann”, “Latvijas Mobilais” (LMT), NEXTER “Acade Systems”, “Royal Royal Telefonary Systems”, “Safran Electronics & Defence”, “Sol.One” və “Talgen Cybersecurity”.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az