İmmunoloq “Omikron” ştamının yayılmasının gözlənilməz yolunu kəşf etdi

İmmunoloq “Omikron” ştamının yayılmasının gözlənilməz yolunu kəşf etdi

 

İmmunoloq Vladimir Bolibok bildirib ki, bu yaxınlarda Cənubi Afrikada kəşf edilən "Omikron” adlı yeni növ koronavirus gözlənilməz şəkildə yayılmağa qadirdir. Bu, Tayvanda COVID-19-un bu variantının bir neçə halını təhlil etdikdən sonra aydın olub.

Qaynarinfo xəbər verir ki, Bolibok bu haqda VM.RU-ya verdiyi müsahibədə deyib. Onun dediyinə görə, virus bütün təhlükəsizlik tədbirlərinə əməl olunmasına baxmayaraq, Tayvanda məskunlaşa bilib. Üstəlik, virus hətta başqa ölkələrdən yeni gələn şəxslər üçün nəzərdə tutulmuş özünütəcrid məqsədiylə bağlanan otellərdə də aşkarlanıb. Bu otellərdə insanlar otaqlarını tərk etmir və istənilən əlaqə yalnız təmassız şəkildə həyata keçirilir. Bununla belə, bu otellərdə virus yayılmağa başlayıb.

"Bu, onun son dərəcə virulentliyindən və ventilyasiya kanalları vasitəsilə ötürülmə qabiliyyətindən xəbər verir", - ekspert vurğulayıb.

Bolibok bir daha diqqəti onun yoluxuculuğuna görə yeni "Omikron” ştammının ən gözlənilməz yollarla ötürülə biləcəyinə yönəldib.

İmmunloq həmçinin hesab edir ki, "Omikron” təkcə Delta koronavirus ştamını deyil, həm də qızılca və suçiçəyi kimi digər virus xəstəliklərini də əvəz edə bilər. Onun sözünə görə, Cənubi Afrikada və Botsvanada "Omikron” "Delta”nı cəmi bir neçə həftə ərzində sıradan çıxarıb.

 

Alpər

Mənbə: qaynarinfo.az