Rolling Stone: "FTB "WhatsApp" yazışmalarını izləyə bilir"

Rolling Stone:  "FTB "WhatsApp" yazışmalarını izləyə bilir"

ABŞ xüsusi xidmət orqanları "WhatsApp" yazışmalarını izləyirlər. AzVision.az xəbər verir ki, bu barədə məlumat "Propety of People" təşkilatının dərc etdiyi sənəddə yer alıb. Bildirilir ki, FTB-nin tələbi ilə "WhatsApp" hesabların yazışmaları haqqında metadataları 15 dəqiqə gecikmə ilə iaidiyyəti quruma ötürür.

Messencer arxivi "iCloud"da saxlanılarsa, kəşfiyyat əməkdaşları "iPhone" istifadəçisinin mesajları barədə məlumatı "WhatsApp"da əldə edə bilirlər.

Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində məhkəmə qərarı və ya axtarışda olan şəxsin bloklanmış "WhatsApp" istifadəçilərinin siyahısına, habelə onun əlaqə və telefon kitabçasında qeyd olunan şəxslər haqqında məlumatları əldə edə bilərlər.
Qeyd edilir ki, haqqında söz açılan sosial şəbəkə nümayəndəsi "Rolling Stone"nin məlum sənədindəki məlumatın düzgünlüyünü təsdiqləyib. Lakin o, qeyd edib ki, yazışmaların məzmunu xüsusi xidmət orqanlarına ötürülmür.

Bundan əlavə, sənəddən belə çıxır ki, “Signal” messenceri də istifadəçinin qeydiyyat tarixi, vaxtı və sayta sonuncu giriş haqqında məlumatları təqdim edir. "Telegram" bu cür məlumatları yalnız terrorla bağlı işlərin araşdırıldığı halda təqdim edir- xidmət yalnız şübhəli şəxsin İP ünvanını və telefon nömrəsini ötürür. Həmçinin, xüsusi xidmət orqanlarının tələbi ilə "iMessage", "Viber", "WeChat" və bəzi digər sosial şəbəkələr də istənilən məlumatları onlara ötürür.

Tural Tağıyev

 

Mənbə: azvision.az