"Twitter" icazəsiz paylaşılan foto və videoları siləcək

"Twitter" icazəsiz  paylaşılan foto və videoları siləcək

"Twitter" fərdlərin razılığı olmadan paylaşılan foto və videoların platforma qaydalarına zidd olduğunu və tələb olunarsa, silinəcəyini açıqlayıb.

Cebhe.info xəbər verir ki, yeni qayda ev ünvanı kimi şəxsi məlumatların razılıq olmadan paylaşılmasının qarşısını alan siyasətin genişləndirilməsi nəticəsində qüvvəyə minib. Ancaq bəzi sosial şəbəkələr bildiriblər ki, bu qayda çox genişdir və platformada ifadə azadlığını boğmaq üçün istifadə edilə bilər.

Bununla belə, "Twitter" fotoşəkillərin hansı kontekstdə paylaşıldığını da qiymətləndirəcəyini bildirib. Məsələn, qərar qəbul edilərkən, müvafiq fotoşəkilin artıq ictimai yerlərdə, məsələn, xəbər saytlarında mövcud olub-olmaması və ya müəyyən bir fotoşəkilin və onu müşayiət edən tvit mətninin ictimai müzakirəyə əlavə dəyər qatıb-qatmadığı, ictimai fayda üçün paylaşıldığı və cəmiyyət üçün aktual olması"l kimi qiymətləndirmələr aparılacaq. "Twitter" fotoşəkilləri silmədən və ya hər hansı bir tədbir görməzdən əvvəl aidiyyəti şəxslər və ya səlahiyyətli nümayəndələrin şəxsi foto ya videolarının paylaşılmasına razı olmadıqlarına dair bildiriş verməli olduqlarını vurğulayıb.

Yeni qaydaları elan edən "Twitter"-in mesajlarına cavab, ümumiyyətlə, tənqidi olub. Şirkət daha sonra elan edib ki, məqsəd qadınlara, fəallara, dissidentlərə və azlıq icmalarının üzvlərinə qeyri-mütənasib şəkildə təsir edən video və fotoların onları təqib, qorxutmaq və ya kimliklərini açıqlamaq üçün istifadə edilməsinin qarşısını almaqdır.

"Twitter" rəsmiləri bildiriblər ki, böyük nümayişlər, idman tədbirləri və s. kimi ictimai tədbirlərdə iştirak edənləri göstərən fotoşəkillər, videolar bu siyasəti pozmayacaq.

Rəsmilər daha sonra bildiriblər ki, bu qayda ictimai maraq doğuran və ictimai müzakirəyə əlavə dəyər verən ictimai xadimləri əks etdirən fotoşəkillər və ya "Twitter" mətnlərinə şamil edilmir.

"Twitter" qeyd edib ki, ictimai xadimlər arasında artıq mətbuatda onlar haqqında yazmış şəxslər, seçilmiş rəsmilər və siyasi liderlər, yüksək səviyyəli rəhbərlər, yayımçılar, müxbirlər və digər ictimai sözçülər ola bilər. Bildirilib ki, qayda onlayn və ya oflayn olaraq ictimai müzakirə obyekti olan şəxslərə də şamil edilməyəcək: "Əgər fərdlər təqib edilərsə, və ya susdurmaq üçün qorxudularsa, bizim sui-istifadəyə qarşı davranış siyasətimizə uyğun olaraq məzmun silinə bilər”.

Nigar
 

Mənbə: cebhe.info