“Anka” PUA-larına yerli elektro-optik sistemlər quraşdırılacaq

Hava platformalarının hədəf alma, kəşfiyyat və müşahidə ehtiyaclarını qarşılamaq üçün Türkiyənin ASELSAN şirkəti tərəfindən milli resurslarla hazırlanmış CATS elektro-optik sensor sisteminin Türkiyə müdafiə sənayesinin məhsulları olan Pilotsuz Uçuş Aparatlarında (PUA) istifadəsi genişlənməkdədir. Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, xaricdən alınarkən məhdudiyyətlərə məruz qalan elektro-optik sistemlər milli həllərlə əvəz olunur.

“Baykar” və ASELSAN-ın əməkdaşlığı nəticəsində 1 aylıq araşdırma nəticəsində “Bayraktar TB2”yə inteqrasiya edilən CATS ölkə daxilində və xaricdə istifadə olunmağa başlanılıb. CATS “Bayraktar TB2” ilə birlikdə 5 ölkəyə ixrac edilib. Keçən ay keçirilən SAHA EXPO sərgisində “Baykar” və ASELSAN arasında “Bayraktar TB2” üçün CATS elektro-optik sensor sistemi sifariş müqaviləsi imzalanıb. CATS-in yeni versiyalarının hazırlanması üçün iki şirkət arasında əməkdaşlıq davam edir.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) təşəbbüsü ilə həyata keçirilən layihə ilə ortaya çıxan CATS-in TUSAŞ tərəfindən istehsal edilən “Anka” PUA-larına quraşdırılması üçün də işlər görülür. Bu çərçivədə, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının koordinasiyasında “Anka-S” platforması inteqrasiya edilmiş CATS elektro-optik sensor sistemi ilə Batmanda 11 saatlıq uçuş testi həyata keçirilib. Sınaq çərçivəsində CATS-dən istifadə etməklə iki sursat atışı həyata keçirilib.

Sınaqların sonunda Türkiyə Hərbi Hava Qüvvələri və Müdafiə Sənayesi Komitəsinin nümayəndələri CATS elektro-optik sensor sisteminin performans baxımından əməliyyat fəaliyyətlərini yerinə yetirəcək səviyyədə olduğunu bildirdilər.

Hərbi Hava Qüvvələri Komandanlığının tələbi ilə CATS elektro-optik sensor sisteminin qəbul testləri “Anka-S” konfiqurasiyasında həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Belarusun Ukrayna ilə sərhədində hərbi təlimlərə başlayacaq

SONRAKI XƏBƏR

Dövlət Neft Fondundan - 854 Milyon Dollarlıq Satış