Əlilliyi olan şəxslərin kompüterdən istifadəsi asanlaşır

Paralel.az xəbər verir ki, Moskva alimləri bir baxışdan və “fikrin gücündən” istifadə etməklə kompüteri idarə etmək üçün unikal sistem hazırlayır. Onların fikrincə, beynin maqnit sahələrini oxumağa əsaslanan sistem əlillərin kompüterdən istifadəsini asanlaşdıra bilər. Tədqiqatçılara görə, kompüteri baxışın köməyi ilə idarə etmək iflic olan insanlar tərəfindən getdikcə daha çox istifadə olunur.
Bunun üçün göz izləmə cihazı - göz izləyicisi istifadə olunur. O, videokamera vasitəsilə istifadəçinin göz bəbəyinin mövqeyini müəyyənləşdirir və ekranda hara baxdığını hesablayır.
Lakin bu texnologiya ciddi bir çatışmazlığa malikdir. O, istifadəçi bir şeyi nəzərdən keçirmək istədikdə baş verən qeyri-iradi baxış gecikmələrini ayırd etməyi bilmir.
Tədqiqatçılara görə, qeyri-ixtiyari gecikmələrdən qaçmaq sadəcə, mümkün deyil. Çünki baxış şüurlu nəzarətdən asanlıqla çıxır.
Nigar

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Mbappenin qardaşı Fransa millisində

SONRAKI XƏBƏR

Pentaqon rəhbərindən “sərhəddə temperaturu aşağı salın” çağırışı DÖVLƏT KATİBİ DƏ XƏBƏRDARLIQ ETDİ: “ƏVVƏL ÇƏKİNDİYİMİZ ADDIMLARI ATACAĞIQ...”