Ermənistanda “Facebook” hesablarını kim sındırır?

“Ermənistanda çoxlu sayda “Instagram” və “Facebook” hesabları sındırılır”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bunu Ermənistanda informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan bildirib.

Ekspert istifadəçilərə xəbərdarlıq edib, profilləri təhlükəsiz saxlamaq üçün necə davranmağı açıqlayıb:

“Təəssüf ki, Ermənistanda “Instagram” və “Facebook” profillərinin sındırılmasının miqyasını bu qədər təsəvvür etmirdim. Tərifsiz sayda hesablar sındırılıb. Bu, fasiləsiz davam edir. Əsasən də, məktəblilərin hesabları sındırılır, e-poçt yazışmaları ortaya çıxır, utandırıcı “Photoshop”lu rəsmlər paylaşılır”.

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

30 ildə Ermənistanla olan danışıqlarımız özünü doğrultmadı - Nazir müavini

SONRAKI XƏBƏR

MİT-dən kritik əməliyyat: 2 terrorçu Türkiyəyə gətirildi