“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI

“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI

Çinin Quançjou şəhərindəki Virusologiya İnstitutunun və Çjunşan Tibb Məktəbinin alimləri “COVID-19”-a qarşı universal peyvənd hazırlamaq üçün anti-cisim kəşf ediblər.

EDNews.net İsaril mediasına istinadla xəbər verir ki, bu haqda “BioRxiv” profil resursu yazıb.

Mütəxəssislərin fikrincə, “35B5” monoklonal anti-cismi müxtəlif növ koronavirus ştammlarını effektiv şəkildə zərərsizləşdirə bilir.

Bildirilir ki, “35B5” anti-cismi krioelektron mikroskopdan istifadə edilən təcrübələr zamanı aşkar edilib., O, xüsusən koronavirusun mutasiya prosesi zamanı dəyişməyən unikal hissəsinə təsir göstərir.

Alimlər hesab edirlər ki, bu fakt müxtəlif ştammlardan, o cümlədən bu yaxınlarda müəyyən edilmiş “Omicron”dan qoruyacaq universal peyvənd yaradılmasına imkan verəcək.

Həmçinin, “35B5” anti-cisminin koronavirus xəstəliyini ağır formada keçirmiş bir xəstənin qanından alındığı qeyd edilir.

Xatırladaq ki, “Omicron” ştammının artıq dünyanın 20-yə yaxın ölkəsində yayıldığı məlumdur.

Mənbə: ednews.net