“Atak” helikoterləri üçün yerli silahlar istehsal edilib

“Atak” helikoterləri üçün yerli silahlar istehsal edilib

Türkiyənin yerli T-129 “Atak” adlı hücum və taktiki kəşfiyyat helikopteri milli imkanlarla inkişaf etdirilən topu ilə daha da güclənəcək. Ordu.az xəbər verir ki, Düzcedəki Sarsılmaz Silah Fabrikində araşdırmalar aparan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank 20 mm 3 lüləli topun 2022-ci ildə “Atak”a inteqrasiya ediləcəyini açıqlayıb.

“Atak”da istifadə olunacaq topun ilk atışlarının 2022-ci ildə başlayacağı qeyd edilib.

“Bura “Atak” helikopterlərinin “burun topu” dediyimiz 20 millimetrlik pulemyotunu istehsal etmək üçün qurulmuş şirkətdir. Bu toplar yüksək dəqiqliyə malikdir və ixracı məhdudlaşdırılan toplardır. Beləliklə, siz onları almaq istəsəniz belə, ölkələr bu topları satmır”, - deyə o qeyd edib.

20 mm-lik “burun topu” layihəsinin 2018-ci ildən davam etdiyini vurğulayan Varank yerli “burun topları”nın ilk atışlarının 2022-ci ildə başlayacağını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az