“Digər ştamlara görə hazırlanan anticisimlər Omicronu bloklaya bilməz”

"Koronavirusun Delta ştamı ilə yoluxduqdan sonra yaranan anticisimlər Omicron infeksiyasından qoruya bilməz və yaxud əksinə".

Milli.Az APA-ya istinadən bildirir ki, bu fikri Molekulyar-genetik tədqiqatlar elmi mərkəzinin təsisçisi və baş direktoru Andrey İsayev deyib.

Mütəxəssisin sözlərinə görə, çox sayda mutasiya o deməkdir ki, bu ştamın virusunun virionu struktur olaraq koronavirusun digər ştammlarının virionlarından fərqlənir: "Onların müxtəlif zülalları var. Buna görə də əvvəlki ştamlara yoluxan və ya peyvənd olunmuş şəxslərə görə hazırlanan anticisimlər Omicronu bloklaya bilməz. Yəni Omicron və digər ştamlar arasında çarpaz immunitet yaranmayacaq. Müvafiq olaraq, Omicrona yoluxduqdan sonra yaranacaq anticisimlər Deltaya qarşı müdafiə sistemi qura bilməyəcək və yaxud da əksinə".

A.İsayev əlavə edib ki, Omikron mutasiyalarının çoxluğuna görə onun gələcəkdə necə olacağını proqnozlaşdırmaq çətindir, çünki bu fenomen tamamilə yenidir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Natalyanın çimərlik FOTOlarına "tərif yağışı" - Heyrətamizsən

SONRAKI XƏBƏR

Ermənistanda növbəti seçkilər keçirilir - Bu il ərzində 3-cü dəfə