Alimlər nəhəng bir planet tapıblar. Planet Yerdən 13 dəfə böyükdür. Günəşdən isə 9 dəfə kiçik olan ulduzun ətrafında fırlanır.
Astronomlar Yerdən 51 işıq ili uzaqlıqda, Günəşin kütləsinin 1/9-u olan "LHS 3154" adlı M sinifli cırtdan ulduzun ətrafında fırlanan planet aşkar ediblər.
Araşdırmada sözügedən planetin kainatdakı soyuq və az kütləli ulduzlardan biri olan “LHS 3154” orbitində 3,7 Yer günündə turunu tamamladığı və bu günə qədər təsbit edilən ən kütləli planet olduğu vurğulanıb.
Penn State Universitetinin astronomiya və astrofizika professoru və tədqiqatın müəlliflərindən biri olan Suvrath Mahadevan qeyd edib ki, bu kəşf kainat haqqında nə qədər az şey bildiyimizi ortaya qoyur.
“Bu qədər ulduzun ətrafında ağır bir planetin mövcud olacağını gözləmirdik. Kəşf etdiyimiz göy cismi, yəqin ki, son dərəcə nadirdir”.
Aysel Şahmar
Mənbə: publika.az