Otuz üç milyard dollarlıq dəmir yolu

ABŞ-ın Kaliforniya ştatında tikintisinə 2015-ci ildə başlanılan dəmir yolunun 2029-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu, ABŞ-ın bəzi böyük şəhərlərini yüksək sürətli dəmir yolu ilə birləşdirən bir çox layihələrdən ən nəhəngidir.

Layihənin baş icraçı direktoru Ceff Morales bildirib ki, layihənin dəyəri 33 milyard dollardan çox olsa da, yeni texnologiyalar hesabına tikinti xərclərinin azalması mümkündür.

Layihəyə görə, ilkin hissə San-Fransisko və Los-Anceles şəhərlərini birləşdirəcək, burada qatarlar saatda 350 kilometr sürətlə hərəkət edəcəklər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan iqtisadiyyatı 6%-ə yaxın böyüyüb

SONRAKI XƏBƏR

Gürcüstan XİN başçısı Brüsselə səfər edəcək