“Meta” feysbuk istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirməkdə ittiham edilir

Böyük Britaniyada “Meta” şirkətinə qarşı feysbuk istifadəçilərinin şəxsi məlumatlarından istifadə olunması ilə bağlı 2,3 milyard funt məbləğində iddia qaldırılıb.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, iddia sahibi hüquqşünas Lovdal Qormsen bildirib: “Onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər. Məncə, istifadəçilər həmin şərtlərə və müddəalara razılıq verərkən bunun nə qədər ədalətsiz olduğunu tam dərk etmirlər”.

2015-ci il 1 oktyabr tarixindən 2019-cu il 31 dekabrınadək dövrün əhatə etdiyi iddiada “Meta”nın 1998-ci il Rəqabət Qanununu pozduğu, feysbuka pulsuz girişə şərait yaradaraq, istifadəçilərin şəxsi məlumatlarını reklamçılara verməklə külli miqdarda gəlir götürdüyü göstərilir.

İddiaçı feysbuk istifadəçilərinə vurumuş ziyanı 2,3 milyard funt məbləğində dəyərləndirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

39 yaşında Braziliya yığmasına çağırıldı

SONRAKI XƏBƏR

Anasından Özcana sevgilisiylə bağlı qadağa