ÜST-dən buster doza ilə bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirusa qarşı gücləndirici peyvəndlər məqsədəuyğun strategiya deyil.

Day.az Yenisabah-a istinadla xəbər verir ki, eyni fikri Avropa Tibb Agentliyi (EMA) da bölüşür.

"Əgər 4 aydan bir gücləndiricilər hazırlayacağımız bir strategiyamız varsa, immun reaksiyası ilə bağlı problemlərimiz ola bilər. Təbii ki, daimi peyvəndlərlə əhalini yormaq riski var", - EMA-nın peyvənd şöbəsinin rəhbəri Marko Kavaleri bildirib.

 

Kavaleri əlavə edib: "Bunun əvəzinə, ölkələr bu gün qrip peyvəndləri kimi, daha uzun fasilələrlə gücləndiricilər vermək və onları soyuq mövsümün başlanğıcı ilə sinxronlaşdırmaq barədə düşünməyə başlamalıdırlar".

Day.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda ət növbəti dəfə bahalaşıb

SONRAKI XƏBƏR

Avtovağzallarda sərnişin axınının bərpası üçün yeni təkliflər hazırlanır