Smartfonların yaranacağı barədə 70 il əvvəl verilmiş proqnoz –

1953-cü ildə ABŞ Kaliforniya ştatının PacTel telefon şirkətinin rəhbəri Mark Sallivan gələcəkdə smartfonların meydana çıxacağı barədə proqnoz veribmiş. 

Azpost.info bildirir ki, bu barədə PhoneArena saytı məlumat verib. Sallivan bu proqnozu verən zaman Stiv Consun cəmi 2 yaşı var idi.

Gələcək smartfon barədə proqnozun olduğu yazını 1953-cü ilin qəzetində tapıblar. Burada Sallivan gələcəkdə telefonların necə dəyişəcəyi barədə danışıb: “Gələcəyin telefonları necə olacaq?- Əlbəttə bunu indidən tam söyləmək doğru olmaz. Amma mənim proqnozum belədir: Son nəticədə telefonlar bu günki qol saatları kimi cibimizdə daşınacaq formaya düşəcək. Telefonlara nömrəyığan lazım olmayacaq. İstifadəçilərin danışan zaman bir-birini görmək imkanı olacaq”– deyə Sallivan proqnozda bildirib.

Orjinal iPhone-nin təqdimatına hələ 54 il qaldığı bir zamanda Sallivan gələcək portativ və sensor ekranlı telefonın yaranacağını, videoçat xidmətinin olacağını xəbər verib.

Ekspert həmçinin gələcəkdə telefonlarda xarici dildən tərcümə edəcək tərcüməçi proqramların mövcud olacağını proqnozlaşdıra bilib: “Kim bilir, çox güman ki, bu telefon bir dildən digər dilə tərcümə də edə biləcək?”.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik

SONRAKI XƏBƏR

ABŞ-da naməlum şəxs sinaqoqda insanları girov götürüb