Feysbuk rus diplomatların səhifəsini blokladı

Feysbuk rus diplomatların səhifəsini blokladı

Feysbuk hərbi təhlükəsizlik və silahlara nəzarətlə bağlı Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin səhifəsini bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov məlumat yayıb.

"Feysbuk qadağan olunmuş məzmunu əsas gətirərək nümayəndə heyətinin səhifəsini əngəlləyib",- deyə Qavrilov bildirib.

Qeyd edək ki, bu, diplomatlar üçün sosial şəbəkələrdə ilk bloklanma deyil. Belə ki, 2021-ci ilin fevralında nümayəndə heyətinin hesabı Tvitter tərəfindən əngəllənib. Qavrilovun sözlərinə görə, İT nəhənginin rəhbərliyi qadağanın səbəbini açıqlamayıb.

Mənbə: axar.az