Çinli alimlərdən SEVİNDİRİCİ XƏBƏR: "Omikron" sürətli deyil çünki...

Çinli bioloqlar koronavirusun "omikron" və "delta" variantlarını müqayisə edən zaman aşkar ediblər ki, "omikron" daha zəif sürətlə yayılır.

Metbuat.az xəbər verir ki, alimlərin fikrincə, "omikron" variantı "delta" ştamından qat-qat yoluxucu olsa da onun sürətinə mane olan səbəblər var. Əks halda, "omikron" "delta"nı 10-20% qabaqlaya bilərdi. Bunu dəqiqləşdirmək üçün Honq-Konq Universitetinin bioloqları Suriya hamsterləri üzərində aparılan təcrübələrdə "SARS-CoV-2"nin "omikron" və "delta" variantlarının yoluxuculuğunu müqayisə ediblər. Məlum olub ki, "delta" variantı əvvəllər heç vaxt koronavirusla təmasda olmayan hamster populyasiyalarında daha tez yayılıb. Alimlər qeyd ediblər ki, hazırda dünya əhalisinin əhəmiyyətli hissəsi "SARS-CoV-2"nin əvvəlki növlərinə qarşı immunitet qazandığı üçün "omikron" o qədər də sürətlə yayılmır və öldürücü deyil.

Qeyd edək ki, koronavirusun "omikron variantı" (B.1.1.529) 2021-ci ilin payızının sonlarında Cənubi Afrika və digər Afrika ölkələrində yayılmağa başlayıb. Bu günə qədər 80-dan çox ştatda müəyyən edilmişdir.

Aidə Fətəliyeva 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

IGB-nin tikintisi ləngisə, Azərbaycanla təcili danışıqlar lazım olacaq - "Bulgargaz"

SONRAKI XƏBƏR

ABŞ verməyi rədd etdi: Türklər daha yaxşısını hazırladı - Havadakı hədəfləri məhv edir / FOTOLAR