“Netflix”də qiymətlər bahalaşdı – Şirkətin bu addımı nəyə əsaslanır?

“Netflix seriallarını sevirsinizsə, bir az daha çox pulunuzdan keçməli olacaqsınız. Çünki şirkət tərəfindən aylıq abunə haqları artırılıb.

Bizim.Media “howtogeek.com” a istinadən xəbər verir ki, Netflix qiyməti 1-2 dollara qədər bahalaşdırıb.

Belə ki, standart abunəlik ayda 14 dollardan başlayaraq 15,50 dollara qədər artıb. Daha ucuz abunəlik seçmisinizsə, ayda 9 dollar deyil, 10 dollar ödəməyə hazır olun. Həmçinin 4K yayımı ehtiva edən premium abunə hesabından istifadə edirsinizsə, ayda 18 dollar əvəzinə 20 dollar ödəməli olacaqsınız.

Həmçinin bu qiymətlər ölkələrə və regionlara görə də dəyişir. Buna misal olaraq, Kanadanı göstərmək olar.
Ölkədə standart abunə hesabı 14,99 Kanada dollarından 16,49 Kanada dollarına yüksəlib. Premium hesab 20-dən 20,99 Kanada dollarına qədər dəyişib.

Şirkət qiymət dəyişikliklərinin tədricən qüvvəyə minəcəyini bildirib. Həmçinin abunəçilər qiymət dəyişikliyi haqqında məlumatları 30 gün öncədən e-poçt mesaj bildirişi vasitəsilə əldə edə biləcəklər.

Səkinə Yusibli

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Qubaya yağan qar fəsadlara yol açıb - VİDEO

SONRAKI XƏBƏR

“Minsk Qrupunun həmsədrləri Qarabağa səfər edə bilmir, Rusiya bundan narahatdır” - Lukaşeviç