"Telegram" çökdü: Bu ölkələrdən mesaj göndərmək olmur

"Telegram" çökdü: Bu ölkələrdən mesaj göndərmək olmur

"Telegram" sosial şəbəkəsinin işində problem yaranıb.

Bizim.Media xəbər verir ki, hazırda istifadəçilərin 45%-i proqramın işindən narazıdır, 32%-i serverə qoşulmada, daha 23%-i mesaj göndərməkdə problem yaşayır.

Şikayətlər daha çox Rusiya, Ukrayna, Belarus və Türkiyədən olan istifadəçilərdən daxil olub.

Qeyd edək ki, bu barədə internet saytların fəaliyyətini izləyən "Downdetector" məlumat yayıb.

Mənbə: bizim.media