Özbəkistan PUA istehsalına başlayıb

Özbəkistan PUA istehsalına başlayıb

Özbəkistan müasir texnologiyalar əsasında pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.

“Report” “Kun.az”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Pilotsuz aviasiya kompleksi Elmi-istehsalat Mərkəzi də yaradılıb. Mərkəzin istehsal edəcəyi “Loçın” adlı pilotsuz uçuş aparatı beynəlxalq tələb və standartlara tam cavab verir.

Mənbə: report.az