Omikronu neytrallaşdıran antitelləri test ilə aşkarlamaq olacaq

Omikronu neytrallaşdıran antitelləri test ilə aşkarlamaq olacaq


Bu yaxınlarda alim bildirib ki, o, özü də "omikron"a yoluxub, bunu elə test vasitəsilə aşkarlayıblar.
Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi "omikron" ştammını neytrallaşdıran antitelləri müəyyən etmək üçün test sistemi hazırlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mərkəzin direktoru Aleksandr Ginzburq bildirib.
"Bizim "omikron"a qarşı virusneytrallaşdırıcı antitelləri təyin edən test sistemimiz var, ancaq o, yalnız mərkəzimizdə mövcuddur", - deyə Ginzburq qeyd edib.
Yaxınlarda mərkəz direktoru bildirmişdi ki, o, özü də "omikron"a yoluxub, ancaq "Sputnik V" peyvəndi sayəsində xəstələnməyib. Bunu dəqiq olaraq qeyd olunan test sistemi vasitəsilə aydınlaşdırmaq mümkün olub.
Botsvanada və Cənubi Afrikada "omikron" kimi də tanınan B.1.1.529 ştammı noyabrın sonunda aşkar edilib. O, hüceyrələrin yoluxması üçün patogenə lazım olan S-zülalda onlarla mutasiya daşıyır. Tədqiqatçıların fikrincə, genomda baş verən bir çox dəyişikliklər omikron ştammının yüksək ötürülmə qabiliyyətini, xəstələnmiş və peyvənd olunmuş qoruyucu antitellərə qarşı davamlılığını göstərir.
Ekspertlər hesab edirlər ki, artıq xəstələnmiş və peyvənd edilmiş şəxslər də yoluxa bilərlər, simptomlar isə yorğunluqdan tutmuş baş və bədən ağrılarına qədər dəyişir.
"Omikron" 100-dən çox ölkədə, o cümlədən Rusiyada da müəyyən edilib. Rospotrebnadzorun rəhbəri Anna Popova bu yaxınlarda qeyd edib ki, yeni ştammın yoluxuculuğu əvvəlkilərlə müqayisədə 3-7 dəfə yüksəkdir. İnkubasiya müddəti iki-beş günə endirilib.

Mənbə: teref.az