"Yer əhalisi Marsın məskunlaşdırılmasına kifayət etməyəcək" - Mask

"Yer əhalisi Marsın məskunlaşdırılmasına kifayət etməyəcək" -  Mask

"SpaceX" şirkətinin rəhbəri, məşhur amerikalı iş adamı İlon Mask Mars planetinin məskunlaşdırılması ilə bağlı maraqlı açıqlama verib. AzVision.az xəbər verir ki, o "Twitter" səhifəsində Yer əhalisinin Marsın koloniyalaşdırmasında kifayət etməyəcəyini yazıb. Bu isə onu narahat edir.

Amerikalı iş adamı qeyd edib ki, insanlar doğum səviyyəsinin fəlakətli şəkildə azalmasından getdikcə daha çox narahat olmalıdırlar. O, BMT-nin planetin əhalisi ilə bağlı proqnozlarını cəfəngiyyat adlandırıb və azalan doğum səviyyəsini nəzərə alaraq yenidən hesablamalar aparmağı təklif edib.

- Əgər Yer kürəsində kifayət qədər insan yoxdursa, o zaman Marsda da mütləq çatışmazlıq olacaq.

Tural Tağıyev

 

Mənbə: azvision.az