Rus kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada qəribə toz tığını görüb

Rus kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada qəribə toz tığını görüb

Rusiya kosmonavtları açıq kosmosda işləyərkən Beynəlxalq Kosmik Stansiyanın "Poisk" modulunun çıxış lyukundan qəribə toz yığınının uçmasını müşahidə ediblər. AzVision.az xəbər verir ki, bu fakt "Roskosmos"un yayımı zamanı məlum olub. - Anton, lyukdan tozun uçduğunu gördünmü?- mütəxəssis Şkaplerovdan soruşub. Astronavt həqiqətən də qəribə toz yığınını gördüyünü söyləyib.

Qeyd edək ki, Şkaplerov və Petr Dubrov Moskva vaxtı ilə saat 15.24-də açıq kosmosa çıxıblar. Onlar növbəti çıxışları zamanı işi asanlaşdırmaq üçün stansiyanın Rusiya seqmentinin yeni modulları - "Nauka" və "Priçal" arasında tutacaqlar-keçidlər quraşdırırlarmış. Bundan əlavə, iki modul modullararası rabitə kabelləri ilə birləşdirilməli və antenaları da quraşdırılmalıdır.

Tural Tağıyev

 

Mənbə: azvision.az