Covidə qarşı süni antitel yaradıldı

Covidə qarşı süni antitel yaradıldı

Rusiya Elmlər Akademiyasının (REA) Sibir bölməsinin Molekulyar və Hüceyrəvi Biologiya İnstitutunun alimləri yeni növ koronavirusun (COVID-19) qarşısını almaq üçün peyvənd əvəzinə tətbiq oluna bilən süni anticisimlər yaradıblar.

Milli.Az xəbər verir ki, bu barədə REA-nın Sibir bölməsinin sədri, akademik Valentin Parmon bildirib.

"Molekulyar və Hüceyrəvi Biologiya İnstitutunda süni anticisimlər yaradılıb. Bu anticisimləri peyvənd əvəzinə tətbiq etmək olar", - deyə V.Parmon vurğulayıb.

Alim onu da bildirib ki, süni şəkildə yaradılan anticisimlər koronavirusun müxtəlif mutant variantlarına qarşı təsirlidir. /medicina.az

Milli.Az

Mənbə: news.milli.az