İlon Mask insanları çipləşdirmək istəyir - Könüllülər axtarılır

İlon Mask insanları çipləşdirmək istəyir - Könüllülər axtarılır

Amerikalı milyarder İlon Mask insan beynini çipləşdirmək istəyir. O, hətta bunun üçün insanlar üzərində klinik sınaqlar keçirməyə hazırlaşır.

2016-cı ildə “Neuralink”-in həmtəsisçisi olan Mask bu texnologiyanın iflicdən əziyyət çəkən insanlara barmaqlarını istifadə edənlərdən daha sürətli zehnə malik olaraq smartfondan istifadə etməyə imkan verəcəyini deyib.

Peycer adlı makaka meymunu və Gertrud adlı donuzun beyninə artıq uğurla süni intellekt mikroçipləri yerləşdirən “Silicon Valley” şirkəti, həmin texnologiyanın insanlar üzərində sınaqdan keçirilməsi üçün “klinik sınaq direktoru” vakansiyasını elan edib. Vakansiyada namizədlər üçün iş şəraiti və imkanlarla bağlı məlumat dərc olunub.

Təxminən 256 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamlarından olan Mask, ötən ay çip implantlarının tetraplegik (onurğa və iflic problemi yaşayan) insanlara yerləşdirilmənin mümkün olacağını böyük inamla qeyd edib.

"Biz ümid edirik ki, bu, gələn il FDA [Qida və Dərman Administrasiyası] tərəfindən təsdiqlənəcək tetraplegiya, kvadriplegiya kimi ağır onurğa beyni zədələri olan insanlarda öz müsbət effektini göstərəcək",-deyə Mask vurğulayıb.

 

EDNews.net

Mənbə: ednews.net