Türkiyədə yeni avtomatik minaatanlar təqdim edilib

Türkiyədə yeni avtomatik minaatanlar təqdim edilib

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanmış “Alkar” avtomatik minaatan sisteminin yeni konfiqurasiyası təqdim edilib.

Ednews xəbər verir ki, bu barədə ölkənin Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.

“Alkar” silah sisteminin 120 mm-lik variantı müxtəlif yerli zirehli platformalara inteqrasiya edilib.

Minaatanların inteqrasiya olunmuş rəqəmsal atəş idarəetmə sistemi sayəsində dəqiqliyi və effektivliyi artıb. Bundan əlavə, qurğular ADOP-2000 sistemi ilə inteqrasiyada işləyə bilər. Atəşə nəzarət sistemi və ADOP-2000 inteqrasiyası ilə sistemin reaksiya müddəti xeyli qısalıb. “Alkar” modul quruluşu sayəsində bir çox mobil/hərəkətsiz hərbi platformaya inteqrasiya oluna bilir. Gələcək illərdə inventarda yer alması gözlənilən idarəolunan döyüş sursatları ilə fərqli sursat növlərini istifadə edə bilən sistemin səmərəliliyinin daha da artacağı proqnozlaşdırılır.

Taktiki-Texniki Xüsusiyyətləri:

Minimum mənzili: 1500 m
Maksimum mənzili: 8000 m
Lülənin uzunluğu: 1900 mm*
Geri təpmə qüvvəsi: < 25 ton
Atəş üçün hazırlıq vaxtı: < 1 dəqiqə

Mənbə: ednews.net