"Koronavirus pandemiyası 2022-ci ildə bitə bilər" -

"Koronavirus pandemiyası 2022-ci ildə bitə bilər" -

Bütün dünyada koronavirus pandemiyası 2022-ci ildə bitə bilər. AzVision.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov RIA Novosti-yə müsahibəsində deyib.

"Omikron" haqqında danışan ekspert, yoluxanların sayının artmasına diqqət yetirilməməsini qeyd edib. Onun sözlərinə görə, "Omikron"un "məqsədi" çoxsaylı ölümlər olmadan planeti kütləvi şəkildə yoluxdurmaqdır:

"Virus yeni "sahib" tapacaq, çünki bəşəriyyət tormozlayıcı kollektiv immunitet formalaşdırıb. Nəticədə, məsələn, Ebola-ya bənzər yeni təbii fokal infeksiya yaranacaq. Hesab edirəm ki, bir il ərzində planetar miqyasda pandemiya birmənalı şəkildə başa çatacaq", -Jemçuqov əlavə edib.

İbrahim Məmmədov

 

Mənbə: azvision.az