Dünyanın ən varlı insanı futbol klubu alır

Dünyanın ən varlı insanı olan "Amazon" şirkətinin rəhbəri Ceff Bezos futbol sektoruna daxil olmağa hazırlaşır.

Qol.az "La Repubblica"ya istinadən xəbər verir ki, amerikalı milyarder "Napoli"ni alacaq. Bu iddiaların təkzib olunmaması xəbərin gerçəkləşəcəyi ehtimalını artırıb.

"Napoli" azarkeşlərinin də klubun yeni sahibinin Ceff Bezos olmasını istəyir.

Qeyd edək ki, A seriyası təmsilçisinin hazırkı sahibi Aurelio De Laurentiisdir.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Sarkisyanın istefasının arxasında Paşinyan dura bilər

SONRAKI XƏBƏR

Azərbaycan niyə demarkasiyaya getməlidir?