Çinlilər təəccübləndirməyə davam edir - İndi də ...

Çinlilər təəccübləndirməyə davam edir - İndi də ...

Çinin Hubey əyalətinin Huanqanq şəhərində şaquli meşəli ilk çoxmərtəbəli yaşayış kompleksi inşa edilib.

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, belə evlər atmosferdən zərərli maddələri udmaq və havanı oksigenlə doyurmaq qabiliyyətinə malikdir.

“EasyHome Huanggang” adlı yaşayış kompleksinin konsepsiyası italyan memar Stefano Boeri tərəfindən hazırlanıb. Ansamblın fasadlarında geniş abadlıq işləri aparılmış beş qüllə var. Bura 404 ağac, 4,6 min kol, həmçinin evlərin eyvan və terraslarında bir neçə növ ot və güllər daxildir. Bitkilərin hesabına kompleks hər il havadan 22 ton karbon qazı udur və atmosferə 11 ton oksigen buraxa bilir.

 

Mənbə: ednews.net