"TikTok" dünyanın ən sürətlə böyüyən brendi oldu - FOTO

"TikTok" dünyanın ən sürətlə böyüyən brendi oldu - FOTO

“Brand Finance” beynəlxalq reytinq agentliyi Dünyanın ən dəyərli və güclü brendlərinin illik hesabatını - “Qlobal 500-2022”ni dərc edib.


TED.az hesabata istinadən xəbər verir ki, son bir ildə brend dəyərini üç dəfə artıran TikTok dünyanın ən sürətlə böyüyən brendi seçilib.

 

TikTokun brend dəyəri 215% artımla 2021-ci ildəki 18,7 milyard ABŞ dollarından bu il 59 milyard ABŞ dollarına yüksəlib. TikTok Dünyanın 500 ən dəyərli brendi arasında 18-ci yeri tutub.

 

“2021-ci il ərzində bütün dünyada hələ də qüvvədə olan COVID-19 məhdudiyyətləri ilə rəqəmsal əyləncə, sosial media və video xidmətləri davamlı artım görüb və TikTok-un yüksəlişi media istehlakının necə dəyişdiyini göstərir. Asan və əyləncəli məzmun olduğundan TikTokun populyarlığı bütün dünyaya yayıldı və bağlanmalar zamanı insanların əlaqə qurması üçün bir yol təqdim etdi”, - hesabatda bildirilir.

 

“Apple” 355 milyard ABŞ dollarından çox rekord dəyərlə dünyanın ən dəyərli brend titulunu qoruyur, "Amazon" 2-ci və "Google" isə 3-cü yerdədir.

 

“WeChat” 100 baldan 93,3 bal toplayaraq AAA+ reytinqi ilə ardıcıl ikinci il dünyanın ən güclü brendi seçilib.

 

“Microsoft” şirkətinin Baş direktoru Satya Nadella, “Brand Finance Brand Guardianship Index 2022”də dünyanın ən yaxşı 250 CEO-su arasında birinci yerdədir. (Marja)

Mənbə: ted.az