“Aztelecom” və “Baktelecom” birləşdiriləcək

“Aztelecom” və “Baktelecom” birləşdiriləcək

Bakı, 27 yanvar, AZƏRTAC

“Aztelecom” MMC və “Baktelecom” MMC birləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda təşkil olunan seminarda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

O bildirib ki, bu istiqamətdə artıq hüquqi işlərə başlanılıb və yaxın zamanda bunun şahidi olacağıq.

Mənbə: azertag.az