“Tesla”nın xalis mənfəəti 8 dəfəyədək artıb

“Tesla”nın xalis mənfəəti 8 dəfəyədək artıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” ötən ili 5,519 milyard ABŞ dolları xalis mənfəətlə başa vurub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 7,7 dəfə çoxdur.

Təkcə ötən ilin IV rübündə “Tesla”nın xalis mənfəəti 2,3 milyard ABŞ dolları olub ki, bu da, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə çoxdur.

“Tesla” ötən ilin IV rübündə 17,7 milyard ABŞ dolları (illik müqayisədə 65 % çox), 2021-ci ildə isə 53,8 milyard ABŞ dolları (71 % çox) gəlir əldə edib. Şirkətin 2020-ci ilin IV rübündə 0,24 ABŞ dolları olan səhm üzrə azaldılmış mənfəət ötən ilin eyni dövründə 2,05 ABŞ dollara yüksəlib. Lakin şirkətin hər səhm üzrə nizamlanmış azaldılmış mənfəət 2,54 ABŞ dollara yüksəlib.

Qeyd edək ki, ötən il ABŞ-ın elektrikli avtomobil istehsalçısı dünya miqyasında 936 mindən çox avtomobil tədarük edib.

Mənbə: report.az