The Drive: "Rusiya dənizdə batan F-35-i oğurlamağa çalışacaq"

The Drive:  "Rusiya dənizdə batan F-35-i oğurlamağa çalışacaq"

"Rusiya Cənubi Çin dənizinə düşərək sulara qərq olmuş "F-35" qırıcı təyyarəsini ələ keçirmək üçün bura özünün xüsusu hərbçilərini göndərə bilər". AzVision.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb. “Drive” nəşrinin məlumatına görə, rusların belə bir əməliyyat keçirmək üçün kifayət qədər imkanları var.

- "F-35" qırıcısının pilotu təyyarədaşıyan gəminin göyərtəsinə uğursuz eniş etdiyi üçün bu bahalı təyyarə suya düşüb. Pilot xəsarət almayıb və "F-35" dənizin dibinə düşdüyü üçün onu sudan çıxarmaq çətinləşib.,- məqalədə yazılıb.
 Bildirilir ki, insident baş verən ərazidə xüsusi əməliyyat aparılır. Lakin hazırda ABŞ hərbçilərinin qırıcını dənizin dərinliklərindən qaldırmaq üçün lazımi avadanlıqları yoxdur. “The Drive” nəşrinin yaydığı məqalənin müəllifi belə hesab edir ki, təyyarənin xilası regiondakı ABŞ Hərbi Dəniz Qüvvələri üçün prioritet olacaq.



- Çünki belə bir risk var ki, xarici güclər bu mühüm hərbi təyyarəni ələ keçirə bilərlər. Bu mənada xüsusi təyinatlı sualtı qayıqlara sahib olan Rusiyanın şansı daha yüksək qiymətləndirilir. Bundan əlavə, Rusiya Hərbi Dəniz Qüvvələri dənizlərin dərinliklərində xilasetmə əməliyyatlarını həyata keçirmək üçün ixtisaslaşmış yalnız su üzərində üzən gəmilərə də malikdir. Bir sözlə Rusiya ordusu Amerikanın "F-35"ni sualtı əməliyyatlarla oğurlamaq və təyyarənin bütün bort sistemlərinə giriş əldə etmək imkanına malikdir,-məqalədə yazılıb.

Tural Tağıyev

Mənbə: azvision.az