Yaxın gələcəkdə Qarabağda yeni astronomik stansiya qurulacaq

“Bizim təkliflərimiz əsasında yaxın gələcəkdə Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq”.

“Report” xəbər verir ki, bunu AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov deyib.

Rəsədxana rəsmisinin sözlərinə görə, orada müasir robot teleskopların yerləşdirilməsi, onların buradan idarə olunması, Rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib.

O qeyd edib ki, bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Füzulidə qətl törədən şəxsin işi məhkəmyə göndərilib

SONRAKI XƏBƏR

Bosniyalı futzalçı: "Azərbaycan millisi İspaniyadan üstün oynadı"